Çörək bahalaşacaq? - VİDEO
17 Fevral 10:12 İqtisadiyyatDünyada gedən siyasi proseslərin, müharibələrin təsiri həm də iqtisadiyyatda yaşanır.
Olaylar.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan dünya taxılla sınağa çəkilir. Bu iki ölkə əsas taxıl tədarükçüsü olduğundan, qiymətlər də "oynayır".
Son zamanlar unun qiyməti yenə artıb.
Azərbaycanda topdansatış bazarında un qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər yüksəlib.
Bu isə çörəyin qiymətinin arta biləcəyi ilə bağlı fikrilər yaradıb.
Ətraflı süjetdə:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31