Rusiya Azərbaycan qazının Ukrayna üzərindən Avropaya tədarükünü müzakirə etmir – Novak – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında Azərbaycan qazının Ukrayna qaz nəqli sistemi vasitəsilə Avropaya çatdırılması ilə bağlı müzakirələrin aparılmadığını bildirib.

"Bu məsələ müzakirə olunmur," - deyə Novak vurğulayıb.

Bundan əvvəl Ukraynanın Azərbaycan qazını öz ərazisindən Avropaya nəql etmə imkanını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Xatırladaq ki, yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna üzərindən Avropaya tranziti tamamilə dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31