Neft bahalaşıb

Dünya bazarında neftin qiyməti bahalaşıb. Lent.az-ın "Bloomebrg" agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Norveçdə "qara qızıl" hasilatının dayandırılması ilə bağlı xəbərlər fonunda qalxıb. Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neft 1,54 dollar yüksələrək 85,99 dollara çatıb. Londondakı "ICE" birjasında isə Brent markalı neft 2,13 dollar yüksələrək 100,32 dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31