Azərbaycanla Tatarıstan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib

Azərbaycan və Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Olaylar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

"Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşümüzdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, ticarət, sənaye, sahibkarlıq, innovasiya və digər sahələrdə tərəfdaşlıq barədə fikir mübadiləsi apardıq. Birgə fəaliyyətin perspektivlərini və sənaye parklarında icra edilən layihələri müzakirə etdik", - deyə paylaşımda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31