1,9 milyon manatdan artıq sığorta ödənişi həyata keçirilib

"AtaSığorta" ASC 2013-cü ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, cari ilin 9 ayı ərzində şirkətin sığorta haqqı yığımları 9,4 milyon manat təşkil edib. AtaSığorta 2013-cü ilin müvafiq dövrü ərzində 1,9 milyon manatdan artıq sığorta ödənişi həyata keçirib. Şirkətin nizamnamə kapitalı cari ildə 2,6 milyon manat artırılaraq 7,6 milyon manata çatdırılıb. Aktivlərin ümumi həcmi isə 20 milyon manatı ötüb. Şirkətin bu ilin 9 ayı üzrə balans mənfəəti 1,7 milyon manat təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31