4,4 milyon dollarlıq maşın
Dünyanın ən bahalı maşınlarından biri nümayişə çıxarılıb
24 Oktyabr 2013 20:17 İqtisadiyyatANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, rodster "Lamborghini Veneno" eksklüziv modeldir. Maşının internetdə cəmi 3 fotosu yayılıb.
Yenilik üstü istisna olmaqla, kupe kimi xarici görüşə malikdir.
Avtomobilin qiyməti nə az, nə çox düz 4,4 milyon dollardır. Onun 750 at gücündə, 6,5 litrlik V12 gücündə mühərriki mövcuddur.
Avtomobil 100 km sürəti 2,8 saniyəyə yığır. Onun maksimal sürəti isə 350 km saatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31