Ermənistan dövlət büdcəsinin gülməli statistikası

Erməni iqtisadçı Aşot Yeqiyazaryan yerli mətbuata açıqlamasında deyib ki, Ermənistanın dövlət büdcəsinin 2014-cü il üçün nəzərdə tutulan xərcləri bu ölkə iqtisadiyyatının sürətlə gerilədiyini bildirir. 2014-cü ilin büdcə gəlirləri 1 127 milyard dram (təxminən 250 milyon dollar), xərcləri 1 270 milyard dram (təxmini 300 milyon dollar), büdcə kəsiri 110 milyard dram (təx, 220 milyon dollar) olacaq. Yeqiyazaryan bildirib ki, qeydə alınan nəticələr Ermənistan rəhbərliyini ciddi şəkildə narahat edir. Ekspertin sözlərinə görə, 2014-cü ildə Ermənistan iqtisadiyyatının inkişaf tempi 2.5%-dən yuxarı olmayacaq. Qeyd edək ki, Ermənistan valyuta bazarında 1 ABŞ dolları 465 erməni dramına dəyişdirilir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31