Azərbaycan və bp arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb
22 Yanvar 20:40 İqtisadiyyatİqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti ilə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıblar.
Olaylar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
"Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətin yaşıl enerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31