Avropa Enerji İttifaqının yaradılması prosesini yekunlaşdırmağın vaxtı çatıb - Ursula fon der Lyayen
21 Yanvar 18:51 İqtisadiyyatAvropanın enerji ittifaqının yaradılması prosesini başa çatdırmaq vaxtıdır.
Olaylar xəbər verir ki, bunu Davosda keçirlən Ümumdünya iqtisadi forumunda etdiyi xüsus çıxışda, Avropa Komissiyanın prezidenti Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Avropa elektrik şəbəkələrinin və enerji saxlanılması infrastrukturunun müasirləşdirilməsi üçün özəl sektordan daha çox kapital cəlb etməlidir.
"Biz enerji ittiqafımızı yaratmaq yolunda olan maneələri aradan qaldırmalı və təmiz və aşağı karbonlu enerji sistemlərimizi daha yaxşı birləşdirməliyik. Bütün bunlar fevral ayında təqdim edəcəyimiz yeni planın bir hissəsi olacaq. Qitəmizdə təmiz enerjinin sərbəst hərəkət etməsi və bütün avropalılar üçün qiymətləri endirilməsi üçün enerji ittifaqının yaradılması prosesini başa çatdırmağın vaxtı çatıb. Bu, bizim planımızdır və növbəti illər təmiz və qabaqcıl texnologiyalar yarışında mövqelərimizi qorumaq baxımından həlledici olacaq. Avropanın bunu həyata keçirməsi üçün lazım olan hər şey var," - deyə Ursula fon der Lyayen vurğulayıb.