Fiziki şəxsə maliyyə sanksiyası tətbiq edildi

Məlumat verildiyi kimi, fiziki şəxs Məmmədov Hikmət Fəxrəddin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı saxta süd məhsullarının istehsal edildiyi müəyyən edilmiş və qanun pozuntuları ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən H.Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə H.Məmmədov barəsində 1,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31