Tehranda Azərbaycan və İranın birgə iqtisadi komissiyasının 16-cı iclası keçiriləcək

21 və 22 yanvarda Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək.

Bu barədə Trend İranın Yol və Şəhərsalma Nazirliyinə istinadən məlumat verib.

Məlumata görə, komissiyanın iclasına İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev başçılıq edəcək.Azərbaycandan 40 nəfərlik heyətin iclasda iştirak edəcəyi bildirilir.

İclasda müxtəlif iqtisadi məsələlər, o cümlədən nəqliyyat, bank məsələləri, investisiya, enerji, turizm və sair məsələlər müzakirə olunacaq.

22 yanvarda bu məsələlər üzrə müzakirələr başa çatdıqdan sonra əməkdaşlıq sənədinin imzalanacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31