Binəqədidə yerdən çıxan neft hardan gəlir? - RƏSMİ CAVAB
11 Yanvar 2025 11:08 İqtisadiyyatXəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Binəqədi rayonu Cil kəndində yerin altından neftin çıxdığı iddia edilməsi ilə bağlı vido yayılmışdı.
Olaylar xəbər verir ki, kənd sakini son zamanlar torpaq səthində neft ləpirinin göründüyünü və bunun təbii neft olduğunu düşündüklərini bildirib.
Hadisə ilə bağlı İcra Hakimiyyəti rəsmi açıqlama verərək bildirib ki, əraziyə baxış keçirilib. Yanvarın 6-da birinci mədənin 5-ci sahəsində quyunun xəttində sızma baş verib.
"Həmin sızma nəticəsində Binəqədi Oil şirkəti tərəfindən təcili olaraq aradan qaldırılıb.
Qeyd olunan ərazi şirkətin mədən ərazisidir, ətrafda yaşayış məntəqələri yoxdur. Sakinlərin digər problemləri isə araşdırılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31