ARDNŞ Xəzərdə yeni yataqların qazılmasına başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Günəşli" yatağındakı 13-cü özüldən 350 nömrəli quyuda qazma işlərinə başlayıb. Bu barədə ARDNŞ-in yaydığı məlumatda bildirilir.
Layihə dərinliyi 3450 metr olan quyu ARDNŞ-nin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, quyudan sutkada 100 ton neft hasil ediləcək.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31