Türkiyədə yeni əskinas dövriyyəyə buraxılır - BU TARİXDƏN

Türkiyədə ən böyük əskinas olan 200 lirənin yüksək inflyasiya ilə əlaqədar alıcılıq qabiliyyəti günü-gündən zəifləyir. "Ziraat Bankı"nın keçmiş baş direktor müavini Şenol Babuşcu sosial şəbəkədə etdiyi paylaşımında bildirib ki, yaxın vaxtlarda Mərkəzi Bank 500 lirəni tədavülə buraxacaq.

Olaylar.az xəbər verir ki, hazırda 200 lirə 5,5 dollara bərabərdir. Nominalların alıcılıq qabiliyyətinin azalması ölkədə daha çox nağd vəsaitə ehtiyac yaradır. Bu məsələ bank sektorunda da narazılıqları artırır.

Şenol Babuşcu bildirib ki, bu narazılıqları nəzərə alaraq, Mərkəzi Bank yeni əskinasların dövriyyəyə buraxılması işlərinə başayıb. Babuşçu deyib ki, 2025-ci ilin ilk aylarında Türkiyədə 500 lirəlik əskinas dövriyyəyə buraxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31