2024-cü ildə qızıl nə qədər bahalaşdı? - Müqayisə
1 Yanvar 19:21 İqtisadiyyat2024-cü il qızılın qiymətində ciddi yüksəlişin qeydə alındığı il kimi yadda qalacaq.
Sfera.az xəbər verir ki, yola saldığımız ildə qızılın dəyəri 25 faizdən çox artıb. İlin əvvəlində bir troya unsiyasının (31,1 qram) qiyməti 2050 dollar olan qızıl hazırda 2620 dollara satılır.
İl ərzində troya unsiya qızılın qiyməti 570 dollar artıb. Bu qiymətlərdən görünür ki, bir il əvvəl qramının dəyəri 66 dollar olan qızıl indi 84 dollardan bahadır.
Qızılın bahalaşmasının səbəbi dünyada hərbi-siyasi gərginliklərin artmasıdır.
2024-cü ildə Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə yanaşı İsrailin həyata keçirdiyi hərbi əməliyyatların genişlənməsi qızıla olan tələbi artırdı. Belə vəziyyətdə Mərkəzi banklar, iri maliyyə fondları qızıl alışlarını artırdığından qızılın dəyəri yüksəldi. Qızıl alan ölkələr arasında Azərbaycan da oldu. Azərbaycanın Dövlət Neft Fondu il ərzində 25 tondan artıq qızıl aldı. Proqnozlara görə qızılın bahalaşması 2025-ci ildə də davam edəcək və "nəcib metal"ın bir troya unsiyasının qiyməti 3 min dollara çatacaq.