2013-cü ilin 9 ayı ərzində vergi borclarının məbləği azalıb

1 oktyabr 2013-cü il tarixə dövlət büdcəsinə olan vergi borclarının məbləği cari ilin əvvəli ilə müqayisədə 10,9 faiz, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 13,5% azalarmışdır. 2013-cü ilin əvvəlinə olan 8 min 228 borclu vergi ödəyicisi və hesabat dövründə borcu yaranmış 160 min 790 vergi ödəyicisi də nəzərə alınmaqla 169 min 18 borclu vergi ödəyicisinin borcları tamamilə ləğv edilmişdir.
2013-cü ilin 9 ayı ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 46 min 297 sayda qərar açılmış və onların 94,1 faizi (2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çox) borclar ləğv edildiyi üçün bağlanılmışdır. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 50,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Vergi borclarını ödəmə tələbini qəbul etməyən 415 borclu vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində, onların 63,6 faizində qanun pozuntusu aşkar edilmiş, 68,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi borclarının və hesablanmış maliyyə sanksiyasının 90,2 faizi büdcəyə ödənilmişdir.
Sahibkarlıq fəaliyyətini dayandırmaqla dövlət büdcəsi qarşısında öhdəliklərinə tam əməl etməyən fiziki şəxslərin borclarının onların mülkiyyətində (şəxsi istifadəsində) olan nəqliyyat vasitələrinə yönəldilməsi prosesi hesabat dövründə də davam etdirilmişdir. Görülmüş tədbirlər nəticəsində bu cür nəqliyyat vasitələri müəyyən edilən 2 min 99 vergi ödəyicisinin 1 milyon 393,3 min manat məbləğində borc məbləğinin dövlət büdcəsinə alınması təmin edilmiş, 18 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınmış, 1087 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim olunmadığı üçün onların üzərilərinə həbs qoyulmaqla cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərardadları çıxarılmışdır.
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən edilən fiziki şəxslərin borclarının hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 66 fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılmışdır. Müvafiq iddialar üzrə artıq 43 iş üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılmış, 8 iş üzrə isə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərardadı qəbul olunmuşdur. Hesabat dövrü ərzində görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən edilən 1281 fiziki şəxs üzrə bütövlükdə 821,0 min manat məbləğində borcların dövlət büdcəsinə alınması təmin edilmişdir.
     Faktiki olaraq fəaliyyətini dayandırmış, əmlakı olmayan və xırda məbləğdə borcları olan vergi ödəyiciləri üzrə İnzibati İcraat haqqında qanunun tələblərinə uyğun olaraq birbaşa icra məmurlarına edilən müraciətlər nəticəsində 1 655 vergi ödəyicisi ümumilikdə 228,0 min manat məbləğində borcunu ödəmişdir.
Hesabat dövrü ərzində vergi orqanları tərəfindən 719 borclu vergi ödəyicisinin ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün aidiyyəti üzrə müraciətlər edilmiş, bunlardan 51-i borunu ödəmiş, 22-nin ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. Qalan vergi ödəyiciləri barədə müvafiq tədbirlər görülməkdədir.
Cari ilin 9 ayı ərzində vergi borcunu ödəməkdən yayındığlarına görə 10,4 milyon manat borc məbləği üzrə 294 vergi ödəyicisi barədə materiallar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31