Xadimə, dalandar, bağban və fəhlələrin maaşı artırıldı - Yanvarın 1-dən
27 Dekabr 12:51 İqtisadiyyatDövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Olaylar xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:
Sıra №-si |
Kateqoriyalar üzrə dövlət orqanları |
Aylıq vəzifə maaşının məbləği (manatla) |
1. |
Ali kateqoriya dövlət orqanlarında |
460 |
2. |
1-ci kateqoriya dövlət orqanlarında |
445 |
3. |
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında |
425 |
4. |
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında |
400 |
Aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanları üzrə həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.