Bu şəxslərin maaşı artırıldı
25 Dekabr 2024 09:59 İqtisadiyyat"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15% artırılıb.
Olaylar xəbər verir ki, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.
Əmrə əsasən, əmək haqqı artımı fevralın 1-dən tətbiq olunub, həm üzən, həm də sahil heyətin məvaciblərinə şamil edilib.
ASCO-nun mətbuat katibi Mehman Mehdiyev faktı təsdiq edib. /Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31