Ermənistan iqtisadiyyatının biabırçı statistikası
22 Oktyabr 2013 12:36 İqtisadiyyatErmənistan Milli Statistika Komitəsindən yerli mətbuata verilən məlumata görə, ölkənin iqtisadi aktivliyi yanvar-sentyabr ayları aralığında 3% təşkil edib. Bu isə keçən illə müqayisədə bir neçə dəfə aşağıdır. 9 ay ərzində sənayedə 5%, əkinçilikdə 4% inkişaf qeydə alınarkən, tikinti sektorunda 10%, ticarət dövriyyəsində 1%-lik geriləmə müşahidə edilib. Enerji istehsalında 5%, həmçinin İrandan idxal edilən elektrik enerjisinin həcmində də azalma qeydə alınıb. Nəqliyyat xərcləri isə artıb. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31