Dövlət büdcəsinə daxil olan və xərclənən vəsaitin həcmi açıqlanıb
17 Dekabr 2024 19:23 İqtisadiyyatMaliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2024- cü ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 34 milyard 56,2 milyon manat vəsait daxil olub.
Bu barədə Olaylar Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, büdcədən 31 milyard 38,1 milyon manat vəsait xərclənib.
Eyni zamanda, qeyd olunub ki, büdcənin icrasında 3 milyard 18,1 milyon manatlıq profisit yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31