Doqquz baş plan Nazirlər Kabinetinə təqdim ediləcək - Komitə sədri

Doqquz baş plan Nazirlər Kabinetinə təqdim ediləcək.

Bunu jurnalistlərə qçıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ölkə üzrə 16 baş plan üzərində iş gedir.

"Son altı ildə 26 baş plan hazırlanıb və təsdiq olunub.

Onlardan doqquzu yekun mərhələdədir. Ondan sonra Nazirlər Kabinetinə təqdim ediləcək", - deyə o qeyd edib.

Xəbər yenilənəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31