Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır- ÖZƏL

"Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ilin ilk 11 ayında 8 faizə yaxın artıb. Belə ki, həmin müddətdə 11.7 milyard kubmetr  Azərbaycan qazı  Avropa bazarına daxil olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Bütövlükdə, bu ilin yanvar-noyabr aylarında xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropa  ilə yanaşı Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.
Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır. Artıq  Avropa İttifaqına qaz idxalı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31