İnternet vasitəsilə kredit sifarişi

"Atabank"ın Hesab.az portalında banka kredit sifarişi vermək mümkündür. Bankdan "OLAYLAR"-a daxil olan məlumata görə, bundan sonra "AtaBank"dan kredit götürmək istəyənlər, bank filialına gəlmədən, hesab.az saytı vasitəsi ilə istədikləri məbləğdə krediti sifariş edə bilərlər. Hesab.az-da qeydiyyatdan keçən şəxslər şəxsi kabinetlərində "AtaBank-da kredit sifariş et" linkini tıklayaraq, verilən formanı doldurub, kredit sifarişi göndərə bilərlər. Bu sifariş həmin an bank sistemində qeydiyyata alınır və müştəri ilə əlaqə saxlanılaraq, istədiyi kredit ona təklif edilir. Müştəri kredit sifarişini verərkən adını, soyadını və atasının adını, eləcə də mobil telefonunun nömrəsini mütləq dəqiq göstərməlidir.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31