OPEC+ ölkələri 2026-cı ilin sonunadək xam neft hasilatı ilə bağlı yeni razılığa gəldilər

OPEC+ ölkələri 2026-cı ilin sonunadək 39,7 mln. barrel həcmində gündəlik xam neft hasil edilməsi ilə bağlı razılaşma əldə edib.

Olaylar xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bu müddətdə Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Lakin 8 ölkə 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 mln. barrel əlavə könüllü öhdəliklərini 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 mln. barrel əlavə könüllü ixtisarlarını isə 2025-ci ilin martın sonuna qədər davam etdirəcəklər.

Bu ölkələrin 2,2 mln. barrelik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək. "OPEC plus"un bu razılaşmaları qlobal neft bazarının dayanıqlığının təmin edilməsi və neft sənayesinin davamlı inkişafına dəstək verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31