Mərkəzi Bankın dollar ehtiyyatları azaldı - Manat necə olacaq? - AÇIQLAMA

Son 2 ayda (oktyabr-noyabr) Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 828 milyon dollar azalıb. 

Olaylar xəbər verir ki, 2024-cü ilin sentyabr ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 795,8 milyon ABŞ dollarına çatmışdı.

Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə valyuta ehtiyatlarından xüsusi satışlar həyata keçirib. Bununla əlaqədar olaraq rəsmi ehtiyatlar azalıb. 

İqtisadçı Xalid Kərimli bildirib ki, Mərkəzi Bank ilin ortalarında elan etdiyi kimi, öz rezervləri ilə müdaxilə edərək bazarı tənzimləyəcək və bu, onun bacarığı çərçivəsində həyata keçirilə bilər. Son iki ildə Mərkəzi Bank bazardan topladığı dolları yenidən bazara qaytarır.

Xalid Kərimli bununla bağlı qeyd edib ki, Mərkəzi Bankın dollardan daha çox transfer etməsi, Neft Fondunun resurslarının investisiya alətlərində olması səbəbindən iqtisadiyyatın müvəqqəti tənzimlənməsi tədbiri olaraq qiymətləndirilə bilər.

İqtisadçı həmçinin Mərkəzi Bankın ehtiyatlarının azalmasının manatın məzənnəsi üçün ciddi təhlükə yaratmadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür ehtiyat azalması manatın sabitliyi üçün təhlükə təşkil etmir, çünki Mərkəzi Bankın əlavə tədbirlər və strategiyalarla bazara müdaxilə etmək imkanı var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31