Azərbaycan 144 ölkə ilə ticarət əməliyyatı aparıb

2013-cü ilin yanvar-avqust aylarında dünyanın 144 ölkəsi ilə 23.1 milyard dollar məbləğində ticarət əməliyyatları aparılıb ki,, onun 88.8 faizi və ya 20.5 milyard dolları uzaq xarici ölkələrlə, 2.6 milyard dolları MDB üzvü dövlətləri ilə həyata keçirilib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ilin əvvəlindən ötən səkkiz ay ərzində xarici ölkələrə 16.0 milyard dollarlıq mal ixrac olunmuş, onun 94.5 faizi və ya 15.1 milyard dollarlığı uzaq xarici dövlətlərə, 0.9 milyard dollarlığı və ya 5.5 faizi MDB üzvü ölkələrinə göndərilib. Ölkəyə idxal olunmuş məhsulların dəyəri 7.1 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 5.4 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1.7 milyard dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31