Meyvə-tərəvəz istehsalı artıb

Cari il oktyabrın 1-nə kimi dənli bitkilər səpilmiş sahələrdən qağıdalı da daxil olmaqla 2897.6 min ton məhsul götürülüb. Orta hesabla hər hektarın məhsuldarlığı 0.3 sentner artaraq 27.3 sentner olub. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, tarlalardan 983.8 min ton kartof, 1137.8 min ton tərəvəz, 530.1 min ton meyvə və giləmeyvə, 427.4 min ton bostan məhsulları, 104.3 min ton üzüm, 6.8 min ton pambıq, 474.5 ton yaşıl çay yarpağı, 2667.0 ton tütün, 34.6 min ton şəkər çuğunduru, 17.7 min ton dən üçün günəbaxan toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 4.9 faiz, kartof istehsalı 3.8 faiz, tərəvəz istehsalı 0.1 faiz, meyvə və giləmeyvə istehsalı 2.6 faiz, bostan məhsullrı istehsalı 0.7 faiz, üzüm istehsalı 5.0 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31