Ərzaq məhsulları 2,2 faiz bahalaşıb

Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.2 faiz bahalaşıb, xidmət tarifləri isə əvvəlki ayın səviyyəsində qalıb. Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ilin əvvəlindən ötən vaxt ərzində 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 2.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.4 faiz bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31