Büdcədə 3,4 faiz profisit yaranıb

2013-cü ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 12.9 milyard manat məbləğində vəsait daxil olub, dövlət büdcəsindən 11.6 milyard manat vəsait xərclənib, 1266.9 milyon manat məbləğində, yaxud ÜDM-in 3.4 faizi qədər profisit yaranıb. Bu barədə Maliyyə Nazirliyindən verilən məlumata görə, büdcə xərclərinin 5.3 milyard manatı və ya 45.6 faizi iqtisadiyyatın inkişafına, 1.2 milyard manatı (10.1 faizi) təhsilə və səhiyyəyə, 1.2 milyard manatı (10.2 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31