İqtisadiyyata 14,5 milyard kredit yönəldilib
18 Oktyabr 2013 15:54 İqtisadiyyatƏhalinin banklardakı əmanətlərinin məbləği sentyabr ayının 1-nə 6.1 milyard manata çataraq 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36.5 faiz artıq olub. Statistika Komitəsindən verilən məlumata görə, milli valyuta ilə vəsait qoyuluşu 3.7 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.4 milyard manat olub. Ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 30.7 faiz çox və ya 14.5 milyard manat məbləğində kredit yönəldilib. Kreditlərin 11.1 milyard manatı uzin müddətə, 3.4 milyard manatı isə qısa müddətə verilib, 5.3 faizinin, yaxud 764.8 milyon manatının ödəmə vaxtı keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31