Regionlarda sığorta bazarına maraq artır

"AtaSığorta" ASC müştərilərinə rahat və keyfiyyətli sığorta xidmətləri göstərməyi əsas tutaraq regionlarda öz fəaliyyətini daha da genişləndirməklə 6 yeni nümayəndəliyini istifadəyə verib. Şirkətdən "OLAYLAR"-a daxil olan məlumata görə, bununla da şirkətin nümayəndəliklərinin ümumi sayı 10-a çatıb. Qeyd edək ki, "AtaSığorta" ASC-nin yeni nümayəndəlikləri Azərbaycanın Qərb zonasında yerləşən Gədəbəy, Bərdə, Qazax, Gəncə, Ağdaş və Tovuzda istifadəyə verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31