Azərbaycanda orta illik inflyasiya 3,5%-ə qədər azalacaq - AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) 3,8% olacağını proqnozlaşdırır.

Olaylar xəbər verir ki, bu barədə bankın "Transition Report 2024-2025" hesabatında bildirilib.

AYİB Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 %-dən 3,5 %-ə qədər azalacağını proqnozlaşdırır.

Bildirilib ki, inflyasiya Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qalır.

AYİB gələn il Azərbaycanda real iqtisadi artımın isə 2,7% olacağını proqnozlaşdırır.

Qeyd olunub ki, proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin, regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31