Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 56 milyard manata çatıb

"Bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. T.Kazımov bildirib ki, bir ildən yuxarı milli valyutada əməliyyatların payı 56 %-ə artıb: "Bu islahatlar bank sektorunda olan inama müsbət təsir edib. Son illər ərzində xarici valyutada əmanətlərin payı azalıb. 2024-cü ilin oktyabrında bu göstərici 34 % olub. Digər tərəfdən, cari ildə ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 56 milyard manata çatıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31