Bakı metrosunda yeni qatarların təmirinə 1 milyon manat xərclənəcək

"Bakı metropoliteni" QSC balansında olan yeni nəsil qatarların elektron avadanlıqlarının komponent səviyyədə zəmanətli təmiri işləri həyata keçiriləcək.

Bu barədə Olaylar dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, "Bakı metropoliteni" QSC balansında olan yeni nəsil qatarların elektron avadanlıqlarının, dünya istehsalçılarının müxtəlif təyinatlı elektron idarəetmə və funksional avadanlıqların komponent səviyyədə zəmanətli təmiri aparılacaq. Bununla yanaşı, mikrikontrollerlərin proqramlaşdırılması işləri də icra olunacaq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sözügedən işlərin icrasını "ROAD-PRO" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.039.414,8 AZN (1 milyon 39 min 414 manat 8 qəpik) olan müqavilə bağlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31