Pensiya və əməkhaqqı artırılacaq
25 Noyabr 2024 11:39 İqtisadiyyat"Gələn il minimum pensiya və minimum əməkhaqqının artırılması, pensiyaların indeskləşdirilməsi planlaşdırılır. Həmçinin, şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, müharibə iştirakçılara qayğı və diqqət gələn il də davam edəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib: "Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasət uzlaşdırılıb. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 %-dən 5,2 %-ə endirilib. Dövlət büdcəsi iqtisadi strategiyanın icrasına maliyyə təminatı yaradır. Postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağda bərpa və quruculuq işləri prioritetlərdəndir. Bu istiqamətə 4 milyard manat vəsait nəzərdə tutulub".