Büdcənin kəsirinin maliyyələşməsində ciddi risklər görünmür- ÖZƏL
10:08 İqtisadiyyat"2025-ci il Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin cari il ilə nisbətən azalaraq 2.4% olması məqbul göstərici sayıla bilər. Kəsirin maliyyələşməsində daxili borclanmaya üstünlük verilməsi əvvəlki illərdə tətbiq olunan metodlardan biridir. Kəsirin maliyyələşməsində ciddi risklər görünmür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "2025-ci ilin dövlət büdcəsi haqqında Qanun layihəsinə dair İzahata əsasən isə "Büdcə sistemi haqqında" Qanuna, o cümlədən büdcə qaydasına dəyişiklik edilməsi və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddinin yalnız ortamüddətli dövrün sonuna müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. 2028-ci il üzrə müvafiq göstəricinin 15,5% səviyyəsində müəyyən edilməsi təklif olunur. Hesab edirəm ki, bu yanaşma çevik idarəetməyə şərait yarada bilər. Eyni zamanda, düşünürəm ki, bu yanaşmanın gələcəkdə daha çox təhlil edilməsi faydalı olacaqdır".