Ətin qiyməti ucuzlaşacaq - SƏBƏB

"Fermerlik ağır işdir. Xərclər, torpaq sahəsi və yem tələbi var. Azərbaycanda kənd təsərrüfatı sahəsindəki biznes üçün sahibkarlıq üçün şərait yoxdur. Sahibkarlar əmin deyil. Biznes nə qədər çox təhlükəli olsa insanlar onunla məşğul olmaq istəmir".

Olaylar.az xəbər verir ki, bunu Milli.Az-a iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, çəkilən xərc və əziyyəti çox olsa da, qazancı isə azdır. Hətta bəzi vaxtlarda zərər belə olur. 

"Fermerlər deyir ki, yüksək qazanc əldə etmək üçün gərək öz sahən olsun. Eyni zamanda yemlik tədarükünü də öz təsərrüfatının vasitəsilə ödəyəsən. Əks halda səhv etmir. Otun və yemin qiymətinin baha olması xərcləri artırır".

Fermərlər isə örüş yerləri əkin sahəsinə çevrildiyindən heyvanların saxlanılması imkanları da məhdudlaşdığını deyirlər.

"Otun 1 bağlamasının qiyməti 6-7 manatdır. Bir baş inəyi saxlamaq üçün minimum 200 manatlıq ot lazımdır".

Qəssablar ətin qiymətinin baha olmasını fermerlərdən baha almaları ilə əlaqələndirir. Qəssabın sözünə görə, mal əti 15 manat, quzu əti isə 21 manatdır. Hər kiloqramda 50-60 qəpik pul qalır.

Millət vəkili Vüqar Bayramov bildirib ki, ət idxalı ildən-ilə artır. Bunun bir neçə səbəbi var. 

"İdxalın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Azərbaycanda ət məhsullarına olan tələbatın təxminən 75 faizi yerli istehsal hesabına, təxminən 4-də 1-i isə idxal hesabına ödənilir. Ət idxal etdiyimiz ölkələr arasında Hindistan və Gürcüstanı xüsusilə qeyd etmək lazımdır. Bu və digər ölkələrdən ət idxalını həyata keçirtməklə daxili tələbatı ödəmək olur".

Bəs idxalın qarşısını almaq üçün hansı tədbirlər görmək olar?

Deputat bildirib ki, yerli istehsalın genişləndirilməsi, xüsusilə Şərqi Zəngəzurda heyvandarlığın inkişafı ilə bağlı potensial böyükdür. Bu kimi potensialın artırılması praktik olaraq istehsalın artmasına və idxalın minimumlaşdırılmasına gətirib çıxarda bilər.

Qeyd edək ki, Azərbaycan ət idxalına çəkdiyi xərci 50 faizdən çox artırıb. Bu ilin yanvar-sentyabr aylarında 41,4 min ton ət idxal etmişik. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bu həcmdə ətin dəyəri 90.5 milyon ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 11.2 min ton (36.9%), dəyər baxımından isə 30.4 milyon ABŞ dolları (50.5%) çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31