Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti TƏNZİMLƏNƏCƏK

Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin tənzimlənən qiymətlərə daxil edilməsi nəzərdə tutulur.

Olaylar xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.

O qeyd edib ki, yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacağı gözlənilir.

"Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31