Yaponiya 2030-cu ilə qədər karbon neytrallığına nail olmağa çalışır - Eyqo Nomura

Yaponiya 2030-cu ilə qədər karbon neytrallığına nail olmağa çalışır.

Olaylar xəbər verir ki, bunu Yaponiyanın Qlobal Strategiya Bürosunun Beynəlxalq Əlaqələr üzrə direktoru Eyqo Nomura "Yaşıl Rəqəmsal Fəaliyyət" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

"Rəqəmsal texnologiyalar cəmiyyətin və iqtisadiyyatın əsasını təşkil edir. Proqnozlara görə, 2040-cı ildə dövriyyədə olan məlumatların həcmi 2020-ci illə müqayisədə təxminən 350 dəfə artacaq, əsasən süni intellekt dəstəyi ilə avatarlar və robotların artan istifadəsi sayəsində.

Yaponiyada, xüsusilə informasiya və kommunikasiya sənayesində enerji istehlakının artması fonunda, bu sektorun "yaşıllaşdırılması" məsələsi daha da aktuallaşır. Yaponiyanın aparıcı telekommunikasiya operatorları da bu hədəfi qarşımıza qoyublar", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31