"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29-da suvarma və içməli su təchizatına dair yan tədbir keçirib
13 Noyabr 10:20 İqtisadiyyat2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi "Suvarma və içməli su təchizatı üçün icma səviyyəli həll variantları" mövzusunda panel müzakirəsi təşkil edib.
Olaylar xəbər verir kiədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləri iştirak edib.
Panel müzakirəsi zamanı su qıtlığı ilə bağlı problemlərin həlli və qarşısının alınması yolları müzakirə edilib.
İştirakçılar su resurslarının qənaətli və təhlükəsiz istifadəsi, su mənbələrinin dayanıqlılığı üçün tətbiq edilən strategiyalar barədə fikirlər bildiriblər.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.