COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib, mərasimə bp şirkəti də qatılıb.
Olaylar xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər rəsmi şəxslər iştirak ediblər.


