Məhsul istehsalı 5,4 faiz artıb

2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatıb. Statristika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606,7 manat  təşkil edib. ÜDM-in 63,6 faizi istehsal sahələrində, o cümlədən 46,5 faizi sənayedə, 11,3 faizi tikintidə, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,9 faizi isə xidmət sahələrinin payına düşüb.
Xidmət sektorunda əlavə dəyər istehsalının 23,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,5 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil edib. Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 52,1 faizdən 55,9 faizədək yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31