Muxtar Babayev Ali Erbaş ilə COP29-u müzakirə etdi
6 Noyabr 15:41 İqtisadiyyatEkologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş ilə görüşüb.
Olaylar xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31