Azərbaycanda bu su anbarının təmirinə 6,4 milyon manat xərclənəcək
2 Noyabr 10:19 İqtisadiyyatViləşçay su anbarında müəyyən təmir işləri həyata keçiriləcək.
Bu barədə Olaylar dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Belə ki, su anbarında tikinti-istismar sukeçirici qurğunun (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri aparılacaq.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 6.448.053,38 AZN-ə (6 milyon 448 min 53 manat 38 qəpik) başa gələcəyini ehtimal edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31