ARDNŞ "Gürcüstanda karbamid zavodunun tikintisinin dəyərini açıqladı"

ARDNŞ-nin Gürcüstanda karbamid istehsalı zavodunun tikintisi layihəsi təqribən 1 milyard dollara başa gələ bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanda səfərdə olan ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, zavodun tikintisinə 2014-cü ildə başlanılacaq və bu, Azərbaycanın Gürcüstanda ən iri investisiya layihəsi olacaq: "Azərbaycanda artıq iri karbamid zavodunun tikintisi layihəsi çərçivəsində işlər aparılır".
R.Abdullayev deyib: "Biz oxşar layihəni Kulevidə həyata keçirmək istəyirik. Artıq layihə işləri aparılır".
ARDNŞ prezidenti vurğulayıb ki, artıq gələn il başlanılacaq tikinti işlərinə 3500-4000 işçi cəlb ediləcək: "Zavodda 700-800 nəfər daimi işlə təmin ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31