COP29 ilə bağlı bir neçə metrostansiyada tibb məntəqələri təşkil ediləcək

"Koroğlu", "28 May", "Elmlər Akademiyası" metrostansiyalarında tibb məntəqələrinin təşkili (18 həkim, 18 orta tibb işçisi olmaqla) təmin ediləcək.

Olaylar xəbər verir ki, bu barədə COP29-da tibbi xidmətin təşkilinə dair görülən işlərlə bağlı mətbuat konfransında məlumat verilib.

Qeyd edilib ki, "MİDA" Yaşayış Kompleksində yeni tibb məntəqəsinin yaradılıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31