Tikintiyə 19 faiz çox vəsait yönəldilib

2013-cü ilin doqquz ayında bütün maliyyə mənbələrindən əsas kapitala 11,8 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,0 faiz çox vəsait yönəldilmiş, onun 71,5 faizi daxili mənbələr hesabına təmin edilib.  Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, sərf edilmiş sərmayələrin 49,4 faizi məhsul istehsalı, 50,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,7 faizini təşkil edib. Ümumilikdə, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1478,0 min kvadrat metr olan yeni yaşayış evləri, 526 çarpayılıq xəstəxana, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 24880 şagird yerlik ümumtəhsil məktəbləri, 997 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub və digər obyektlər istifadəyə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31