Gələn ilin büdcə paketi Milli Məclisə daxil olub
14 Oktyabr 2013 16:43 İqtisadiyyat"2014-cü ilin dövlət büdcəsi haqqında sənədlər paketi Milli Məclisə daxil olub". Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmadzadə bildirib. O qeyd edib ki, büdcə paketi gələn həftə Milli Məclisin birgə komitələrində müzakirəyə çıxarılacaq.
2014-cü ilin dövlət büdcəsi haqqında sənədlər paketi Milli Məclisin komitələrində birgə müzakirədən sonra parlamentin plenar iclasına tövsiyyə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31