Mikayıl Cabbarov Türkiyədə TDT nazirlərinin iclasında iştirak edəcək
26 Oktyabr 2024 10:52 İqtisadiyyatAzərbaycanın iqtisadiyyat naziri Türk Dövlətləri Təşkilatının (TDT) elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcəK.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində dost ölkələrdən olan həmkarlarımızla Türk Dövlətləri Təşkilatının elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcəyik. Birgə fəaliyyətimizi gücləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik", - paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31