Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yeniləcək
23 Oktyabr 2024 13:20 İqtisadiyyatYaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yeniləcək.
Olaylar xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə deyib.
O qeyd edib ki, qarşıdakı aylarda "Azərbaycan Dəmir Yolları" QSC və "Bakı Metropoliteni" QSC yeni qatar və vaqonlarla təchiz ediləcək.
"Həmçinin aviasiya parkı 30-dan çox müasir təyyarə ilə yenilənməsi görülən işlərin təzahürüdür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31